Paşayevin komandası səfərdə məğlub oldu
22.03.2021 , 10:22

Ukrayna Premyer Liqasında XIX turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” səfərdə “İnhulets”ə uduzub – 0:1.
Paşayev bu görüşün iştirakçısı olmayıb. Onun adı bu qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Aleksandriya” 19 turdan sonra 26 xalla 14 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.
