Paşayevin komandası kubokda mübarizəni dayandırdı
22.04.2021 , 18:45

Ukrayna Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” evdə “Zarya” ilə qarşılaşıb. Matçın əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib.
Burada daha dəqiq olan “Zarya” (4:3) növbəti mərhələyə yüksəlib. Paşayev də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana daxil olub və sona qədər oynayıb.
