Paşayevin komandası Ermənistan klubu ilə qarşılaşacaq
04.01.2019 , 14:13

Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya”nın təlim-məşq toplanışının proqramı açıqlanıb. Ukrayna klubu yanvarın 22-də Türkiyəyə yollanacaq.
Alanyada hazırlıq keçəcək “Aleksandriya” 5 yoxlama görüşündə qüvvəsini sınayacaq. Paşayevin komandasının rəqiblərindən biri “Pünik” olacaq. Ermənilərlə görüş fevralın 1-nə planlaşdırılıb.
“Aleksandriya”nın digər rəqibləri isə “Botev” (Bolqarıstan), “Arka” (Polşa), “Çerno More” (Bolqarıstan) və “Vardar” (Makedoniya) olacaq.
