Paşayevin komandası 1/4 finalda
03.12.2020 , 16:22

Ukrayna kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” doğma meydanda “Minay”la qarşılaşıb. Üç cavabsız qolla qalib gələn futbolçumuzun komandası növbəti mərhələyə yüksəlib – 3:0.
Pavel bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
