Paşayev üçün erməni rəqib
17.01.2020 , 19:32

Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya”nın Türkiyədə təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.
Korner.az xəbər verir ki, Ukrayna Premyer Liqası təmsilçisi yanvarın 18, 19 və 21-də Bolqarıstan klubları ilə qarşılaşacaq. Komanda müvafiq olaraq “Botev”, “Slaviya” və “Çerno More” ilə üz-üzə gələcək.
Bundan əlavə, daha iki yoxlama oyunu keçirəcək Ukrayna təmsilçisi, yanvarın 24-də Makedoniyanın “Makedoniya GP”, 26-da isə Ermənistanın “Pünik” klubu ilə qarşılaşacaq
