Paşayev üçün 90 dəqiqə və qələbə
10.02.2020 , 10:27

Azərbaycan millisinin üzvü Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” Türkiyədə təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Ukrayna təmsilçisi Qazaxıstanın “Kızıl Jar” klubu ilə qarşılaşıb. Görüş “Aleksandriya”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Paşayev start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb.
