Paşayev üçün 90 dəqiqə
09.03.2021 , 16:56

Ukrayna Premyer Liqasında XVII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” səfərdə “Dnepr”lə qolsuz heç-heçəyə razılaşıb.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.
“Aleksandriya” 23 xalla 14 komanda arasında 6-cıdı.
