Paşayev üçün 90 dəqiqə
07.12.2019 , 19:51

Ukrayna Premyer Liqasında 17-ci turun oyunları davam edir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” doğma meydanda “Vorskla” ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.
Paşayev start heyətdə meydana çıxıb və sona qədər mübarizə aparıb.
“Aleksandriya” hazırda 30 xalla 5-ci pillədə qərarlaşır.
