Ukrayna çempionatında 8-ci turun oyunları keçirilib.
Millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” səfərdə Kiyev “Dinamo”su ilə qarşılaşıb.
Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətdə meydana çıxan Paşayev sonadək oynayıb.
Qeyd edək ki, “Aleksandriya” 4 xalla 12 klub arasında 11-ci pillədə qərarlaşıb.
