Paşayev oynadı, komandası qalib gəldi
23.05.2020 , 16:34

Ukraynada iki aylıq fasilədən sonra yenidən futbol matçları keçirilib
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” yoxlama oyununda “Vorskla” ilə qarşılaşıb.
Görüş futbolçumuzun komandasının 4:2 hesablı qələbəsi ilə başa çatıb. Paşayev də görüşün iştirakçısı olub.
