Paşayev oynadı, komandası erməniləri darmadağın etdi
27.01.2020 , 10:11

Milli komandamızın üzvü Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” klubu Türkiyədə təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib.
Kornerr.az-ın məlumatına görə, Ukrayna təmsilçisi Ermənistanın “Pünik” klubuyla qarşılaşıb. Görüş, “Aleksandriya”nın 5:2 hesablı qələbəsiylə başa çatıb.
Paşayev qarşılaşmada əsas heyətdə meydana çıxıb və ikinci hissədə əvəzlənib.
