Paşayev məğlubiyyəti kənardan izlədi
13.02.2020 , 14:14

Ukraynanın “Aleksandriya” klubu növbəti yoxlama oyununu keçirib.
Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindiyi Premyer Liqa təmsilçisi Ukraynanın “Dnepr-1” klubu ilə qarşılaşıb.
Görüş “Aleksandriya”nın 1:2 hesablı məğlubiyyəti ilə bitib. Paşayev bu matçın heyətində olsa da, oyunu ehtiyat oyunçular skamyasından izləyib.
