Paşayev komandasına kömək edə bilmədi
18.02.2019 , 11:08

Milli komandamızın müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” klubu Antalya toplanışında növbəti yoxlama oyununu keçirib.
Ukrayna klubu Belarus “Şaxtyor”u ilə qarşılaşıb. Görüş “Aleksandriya”nın 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Oyuna ehtiyatda başlayan Paşayev 68-ci dəqiqədə – buraxılan qoldan dərhal sonra meydana çıxsa da, komandasına kömək edə bilməyib.
