Paşayev 90 dəqiqə oynadı, komandası qalib gəldi
25.04.2019 , 11:10

Ukrayna Premyer Liqasında 25-ci turun oyunları keçirilir.
Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” evdə “Mariupol”a 2:1 hesabı ilə qalib gəlib.
Paşayev start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Aleksandriya” ilk altılıqda 47 xalla 3-cü pillədə qərarlaşıb.
