“Partizani”nin prezidenti nəticədən razıdı
11.07.2019 , 11:23

Albaniya “Partizani klubunun prezidenti Qazmend Demi Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Qarabağ”la qolsuz bərabərliyə qaldıqları ilk oyunu şərh edib.
Korner.az-ın məlumatına görə, klub başçısı açıq bunları deyib:
“Gözəl oyun oldu. “Qarabağ” güclü komandadır. Qol imkanlarımız oldu, amma bundan istifadə edə bilmədik. İstənilən halda qolsuz bərabərlik yaxşı nəticədir. Bu nəticə ilə əmsalımızı artırırıq”.
