Bu gün Avropa Liqasının qrup mərhələsində "Neftçi"ni qonaq edəcək Serbiyanın "Partizan" klubunun start heyəti məlum olub.
Korner.az-ın məlumatına görə, Serbiya mətbuatı aşağıdakı heyətin "Neftçi" önünə çıxacağını iddia edir:
Vladimir Stoykoviç, Aleksandr Milkoviç, İvan İvanov, Miloş Ostoyiç, Aleksandr Lazevski, Nedo, Saşa Markoviç, Nemanya Tomiç, Saşa İliç, Lazar Markoviç, Aleksandr Mitroviç.
Qeyd edək ki, “Partizan” – “Neftçi” oyunu bu gecə Belqradda keçiriləcək və Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.
