Belqrad təmsilçisinin futbolçusundan iddialı açıqlama
"İlk görüşdən sonra "Neftçi"nin nəyə qadir olduğunu gördük. Yəni, "Neftçi"ni indi daha yaxşı tanıyırıq və rəqibi düzgün analiz etmişik".
Korner.az-ın məlumatına görə, bu sözləri "Partizan" klubunun futbolçusu Aleksandr Lazevski deyib.
Ölkəsinin mətbuatına dnaışan müdafiəçi Bakıda qələbə qazanmaq istədiklərini bildirib:
"Neftçi"nigücünə bələdik və buna görə də, Bakıda qələbə qazanmaq istəyirik. Əgər səfərdə qələbə qazansaq, turnir cədvəlinin sonuncu pilləsindən qurtulacağıq".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Neftçi" – "Partizan" oyunu sabah axşam, saat 21:00-da başlayacaq.
