“Neftçi”nin qonaqpərvərliyinə görə onlara təşəkkür edirəm. Bizə hörmət göstərdilər”
Korner.az-ın məlumatına görə, bu sözləri “Partizan”ın baş məşqçisi Marko Nikoliç deyib. Təcrübəli mütəxəssis sözlərinə belə davam edib:
“Öz futbolçularımı qələbəyə görə təbrik edirəm. Möhtəşəm komandaya qarşı iki oyunda qələbə qazandıq. Bu şəraitdə oynamaq çətin idi. Buna baxmayaraq, komandam əlindən gələnin artığını etdi. İlk hissədə qol vurduq. İkinci hissədə canlanma yox idi. Saşa İliç meydana daxil olduqdan sonra komandanı qələbəyə daşıdı. Qrup mərhələsinə vəsiqə qazandığımız üçün futbolçularımı təbrik edirəm. Hər iki komanda meydanın bu vəziyyətinə görə əziyyət çəkdi. Qazon ideal olsaydı, daha yaxşı oyunun şahidi olardıq. İkinci hissədə oynamaq bizim üçün daha çətin oldu. Hava şəraiti də futbolçularıma təsir etdi”
