“Bizə yaxşı qrup düşüb. Sadəcə, bir qədər uğurlu çıxış etmək lazımdı. Bu, bizim futbolçular üçün böyük təcrübə olacaq. Lakin belə rəqiblərlə oyunlarımız asan keçməyəcək".
Korner.az-ın məlumatına görə, bu sözləri Serbiyanın “Partizan” klubunun baş məşqçisi Vladimir Vermejoviç Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirərkən deyib. H qrupunda "Neftçi", "İnter" və "Rubin"lə eyni qrupda mübarizə aparan "Partizan"ın baş məşqçisi ehtiyatlı danışıb:
"Biz çox şadıq ki, Avropanın ən yaxşı 80 klubu arasında yer ala bilmişik. İndidən qrup mərhələsini keçəcəyimizi bəyan edə bilmərəm. Burda bir çox amilləri nəzərə almaq lazımdı. Xüsusilə də rəqiblərimizin durumunu. Mən bircə ona əminəm ki, bizi heç də asan mübarizə gözləmir”.
