Dünən Serbiya Super Liqasının 12-ci turu çərçivəsində "Radniçki 1923"-ü 2:0 hesabıyla məğlub edən "Partizan"ın baş məşqçisi Vladimir Vermezoviç matçdan sonra keçirilən mətbuat konfransında əzəli rəqibləri "Srvena Zvezda"ya mesaj göndərib.
Korner.az-ın Serbiya mətbuatına istinadən məlumatına görə, Vermezoviç əvvəlcə "Radniçki 1923"-ə minnətdarlığını bildirib.
"Müdafiə olunmayıb futbol oynadıqlarına görə onlara təşəkkür edirəm. "İnter"lə avrokubok oyunundan sonra bu oyuna hazırlaşmaq çətin idi. Ancaq biz bunun öhdəsindən gəldik. İndi bildizmi niyə liderik?", – deyə çalışdırıcı bildirib.
Növbəti turda – noyabrın 17-də keçiriləcək "Srvena Zvezda" – "Partizan" qarşılaşması öncəsi rəqibə atmaca atan Vermçezoviç aradakı 8 xallıq fərqin kimin liderliyə daha çox layiq olduğunu göstərdiyini deyib.
Qeyd edək ki, "Partizan" Avroliqanın qrup mərhələsi çərçivəsində növbəti oyununu noyabrın 22-də Bakıda "Neftçi"yə qarşı keçirəcək.
