“Partizan”da yeni baş məşqçi
28.03.2019 , 15:40

Serbiyanın “Partizan” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Klubun rəsmi internet saytının məlumatına görə, bundan sonra “Partizan” klubunu serbiyalı baş məşqçi Savo Miloseviç çalışdıracaq.
Qeyd edək ki, “Partizan” klubu son 5 həftə ərzində əldə etdiyi uğursuz nəticələrdən sonra çempionluq şansını itirib.
