Az öncə bitən "Böyük oyun"u izləyənlər arasında əcnəbi qonaqların olduğu da müşahidə edilib.
Korner.az-ın məlumatına görə, "Neftçi"nin gələn həftə Avroliqa çərçivəsində qarşılaşacağı "Partizan"ın rəsmisi də oyunu tribunadan izləyib.
Xatırladaq ki, "Partizan" – "Neftçi" görüşü sentyabrın 20-də Belqradda keçiriləcək.
