"Neftçi"nin Avroliqanın qrup mərhələsindəki rəqibi "Partizan" Serbiya çempionatında beşinci oyununu keçirib.
Korner.az xəbər verir ki, "ağ-qaralar"ın doğma meydanda rəqibi "Hayduk" olub.
Qarşılaşma "Partizan"ın 5:2 hesablı qələbəsiylə yekunlaşıb.
Partizan – Hayduk 5:2
Qollar: Kovaçeviç 33, Tomiç 37, Jojiç 47, Mitroviç 55, S. Şçepoviç 59 // Sekuliç 71, Veselinoviç 77-pen.
Partizan: Petroviç, Milkoviç, Ostoyiç, Stankoviç, Lazevski, Kamara (Smilyaniç, 57), Tomiç, S.İliç, (Jojiç, 38), L.Markoviç, Mitroviç (M.Şçepoviç), S. Şçepoviç.
