Avropa liqası

“Partizan” – “Neftçi” matçının biletləri satışa çıxarıldı

07.09.2012 , 06:43

Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belqradda baş tutacaq ilk oyun "Partizan" – "Neftçi" qarşılaşmasının biletləri satışa çıxarılıb. 

Korner.az-ın məlumatına görə, biletlərin qiymətləri sektorlardan asılı olaraq 6-126 manat arasında dəyişir. Belqrad təmsilçisinin bizimkilərlər ilə oyuna ən ucuz biletin qiyməti 6 manatdır. VİP sektorlara bilet almaq istəyən azarkeşlər isə 126 manatlarından keçməli olacaqlar.

Qeyd edək ki, "Partizan" – "Neftçi" oyunu sentyabrın 20-də, Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Son yazılar

Yuxarı