Bu gündən – sentyabrın 13-dən etibarən "Neftçi"nin Avroliqanın qrup mərhələsindəki rəqibi "Partizan"ın qarşıdakı avrokubok oyunları üçün biletlərin satışına başlanacaq.
Korner.az Serbiya mətbuatına istinadən xəbər verir ki, biletlər stadionun kassası ilə yanaşı, daha bir neçə satış məntəqəsindən alınacaq.
Artıq biletlərin qiymətləri də bəllidi. Arenanın şimal və cənub sektorlarına biletin qiyməti 2000 (təxminən 16 manat) dinardı. Oyunlara şərq və qərb tribunalarından izləmək istəyən azarkeşlər 5000 (təxminən 40 manat dinarından keçməli olacq. Mərkəzi tribunaların bileti 6500 (təxminən 52 manat) kron, lojanın biletinin qiyməti isə 35000 (təxminən 270 manat) dinardı. Qeyd edək ki, 1000 Serbiya dinarı təxminən 8 Azərbaycan manatına bərabərdi.
