“Parma”nın yeni baş məşqçisi məlum oldu
18.06.2025 , 17:06

“Parma”nın yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, İtaliya klubu ispaniyalı mütəxəssis Karlos Kuestaya tapşırılıb.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Artıq tərəflər arasında razılığın əldə olunduğu bildirilib.
