“Parma”nın 4 futbolçusu koronavirusa yoluxdu
15.10.2020 , 19:29

“Parma”nın 4 futbolçusunda koronavirus aşkarlanıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Futbolçulardan götürülən koronavirus testinin nəticəsi müsbət çıxıb. Onlar dərhal karantinə alınıb.
Komandanın digər üzvlərinin nəticələri isə neqativ olub.
