“Parma”da yeni transfer
02.09.2019 , 19:42
“Parma” heyətinə yəni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, A Seriyası təmsilçisi “Mançester Yunayted” klubundan müdafiəçi Mateo Darmianı transfer edib. Bu barədə klub saytı məlumat yayıb. Müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, italiyalı futbolçu “qırmızı şeytanlar”a 2015-ci ildə “Torino”dan transfer olmuşdu.