İtaliya D Seriyasında mübarizə aparan “Parma” klubu növbəti mövsümdən III divizionda çıxış edəcək.
Korner.az-ın məlumatına görə, komanda cari mövsüm 85 xal toplamaqla rekord göstəriciyə imza atıb.
Sona 3 turda birinciliyi təmin edən “Parma” yeni mövsümdən C Seriyasında oynamaq hüququ qazanıb.
“Parma” 2014/2015 mövsümündə 200 milyon avro borcunu ödəyə bilmədiyi üçün dördüncü diviziona göndərilib.
