“Parma” ilə oyunda zədələndi – əməliyyat olunacaq
23.02.2026 , 10:00
İtaliyanın “Milan” klubu ciddi itki ilə üzləşib.
Korner.az xarici KİVxəbər verir ki, komandanın yarımmüdafiəçisi Ruben Loftus-Çik “San Siro” stadionunda “Parma”ya qarşı keçirilən və 0:1 hesabı ilə başa çatan görüşdə zədələnib.
İngiltərə millisinin üzvü oyunun 11-ci dəqiqəsində xəsarət alaraq qarşılaşmanı davam etdirə bilməyib və meydanı xərəkdə tərk edib.
Futbolçunun alveolyar sümüyündə sınıq aşkarlanıb. Onun cərrahi əməliyyat olunacağı bildirilib.
Qeyd edək ki, Loftus-Çik cari mövsümdə bütün turnirlərdə 27 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.