“Parma” baş məşqçisi ilə yolları ayırdı
07.01.2021 , 18:30

“Parma” baş məşqçisi Fabio Liverani ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
45 yaşlı mütəxəssis A seriyasının XVI turunda “Atalanta”ya 0:3 hesablı məğlubiyyətdən sonra istefa verib.
Qeyd edək ki, Liverani 2020-ci ilin avqustundan komandanı çalışdırırdı.
