“Bakı” və Kosta-Rika milli komandasının hücumçusu Uinston Parks bu gün klubun təlim-məşq bazasının yardımçı meydanında keçirilən məşqə qatılıb.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, ötən ilin sonlarında zədələnərək əməliyyat keçirən Parks bərpa prosesini müvəffəqiyyətlə keçərək məşqlərə başlayıb. Hələlik yüngül hərəkətlərlə kifayətlənən hücumçu bu mərhələni həkimlərin ciddi nəzarətində keçəcək. Parksın yaşıl meydanlara nə vaxt dönəcəyi də həkimlərin qərarına bağlı olacaq.
“Bakı”nın məşqinə gəldikdə, meydana milli komandalara çağırılan futbolçuların yoxluğunda çıxan oyunçuların sırasında icazəli olan Aqil Məmmədov, Aleksandar Şoliç, Edin Nuredeski və Əziz Quliyev də yer almayıblar.
Növbəti məşq plana uyğun olaraq sabah başa tutacaq.
Qeyd edək ki, “zolaqlılar” martın 23-də “Kəpəz”lə yoxlama oyunu keçirəcək.
