Paraqvay Azərbaycan millisi ilə xal fərqini azaltdı
16.06.2018 , 12:35

Futzal üzrə milli komandaların yeni reytinq cədvəli açıqlanıb. Siyahıda planetin 165 yığması yer alıb.
Bu komandalardan 107-si əsas cədvəldə, 58-si isə sıralamadan kənarda qərarlaşıb. Buna səbəb sonuncuların zəruri olan matç sayını keçirməməsidi.
Son bir ayda milli komandalar səviyyəsində oyunların az olması səbəbindən siyahıda ciddi dəyişikliklər baş verməyib. Dünyanın ən yaxşıları arasında yer alan Azərbaycan yığmasının da mövqeyi və xalı dəyişməz qalıb. Braziliyalı baş məşqçi Joze Alesionun yetirmələri 1440 xalla 10-cu sırada qərarlaşıb. 9-cu olan Ukraynadan 42 xal geri qalan millimiz 11-ci sıradakı Paraqvaydan 5 xal öndədi. Yığmamız Avropa təmsilçiləri arasında 7-cidi.
İlk “20-lik”də xalını 1370-ə çatdıran Kolumbiya 3 pillə irəlilədiyi halda, Panama 6 pillə geriləyərək, 23-cü sıraya düşüb. Onları “20-lik”də Misir əvəzləyib. Bu yığmalardan fərqli, Argentina xal itkisi ilə üzləşib. Onlar mövqelərini qorusalar da, son siyahı ilə müqayisədə 27 xal geri düşüblər. Yığmamızı izləyən paraqvaylılar isə aktivinə 32 xal əlavə ediblər.
- İlk “20-lik”
- 1. Braziliya – 1935
- 2. İspaniya – 1807
- 3. Rusiya – 1700
- 4. Portuqaliya – 1696
- 5. Argentina – 1691
- 6. İran – 1654
- 7. İtaliya – 1552
- 8. Qazaxıstan – 1532
- 9. Ukrayna – 1482
- 10. Azərbaycan – 1440
- 11. Paraqvay – 1435
- 12. Xorvatiya – 1394
- 13. Sloveniya – 1384
- 14. Kolumbiya – 1370
- 15. Serbiya – 1362
- 16. Yaponiya – 1358
- 17. Çexiya – 1324
- 18. Tailand – 1285
- 19. Fransa – 1283
- 20. Misir – 1248
