"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də İsrail, sentyabrın 11-də isə Portuqaliya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qapıçı Andrey Popoviç heyətdən çıxarılıb, onun əvəzinə Aqil Məmmədov milliyə çağırılıb.
