Bu gün Peşəkar Futbol Liqası və Topaz arasında Azərbaycan Premyer Liqasının titul sponsorluğu müqaviləsi imzalanacaq.
Korner.az PFL-in saytına istinadən xəbər verir ki, “Park İnn” mehmanxanasının “Dan ulduzu” zalında keçiriləcək mərasim saat 15:00-da başlayacaq.
Tədbirdə Fransanın "Lans" klubunun keçmiş prezidenti və Fransa Futbol Federasiyasının vitse-prezidenti Jerve Martel, həmçinin keçmiş futbolçular – Jan Pyer Papen, Olivye Dakur və Jüslen Blonşar iştirak edəcəklər.
