PAOK-un futbolçusu Azərbaycan klubunda?
26.12.2018 , 09:34

Yunanıstanın PAOK klubunun futbolçusu Yevgeni Xaçeridi karyerasını Azərbaycanda davam etdirə bilər.
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilir ki, 31 yaşlı müdafiəçi Macarıstan və Rumıniya ilə yanaşı, Azərbaycan klublarının birindən təklif alıb. Lakin həmin komandanın adı açıqlamır.
Xaçeridinin PAOK-la 2021-ci ilin yayına kimi müqaviləsi var.
