Avropa Liqasının qrup mərhələsində sabah “Qarabağ”ın qonağı olacaq PAOK klubu artıq Bakıdadır.
Korner.az-ın məlumatına görə, Yunanıstan klubu Heydər Əliyev adına beynəlxalq hava limanında sürprizlə qarşılaşıb
Bakıda yaşayan bir qrup yunan azarkeş oyunçuları PAOK klubunun və Azərbaycanın bayrağı ilə qarşılayıblar.
Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – PAOK matçı saat 21:00-da start götürəcək. (qol.az)
