Topaz Premyer Liqasının 27-ci turunda AZAL doğma meydanda “Bakı” ilə qarşılaşıb.
Korner.az baş məşqçilərin açıqlamalarını sizə təqdim edir:
Milinko Pantiç, “Bakı” klubunun baş məşqçisi: “Qələbə qazandığımız üçün şadam. Hesab bundan da böyük ola bilərdi. Komanda ikinci hissədə bütün gücünü ortaya qoydu. Heyətdə üç gənc oyunçu var idi. Klubun prezidenti Hafiz Məmmədovun da qeyd etdiyi kimi, biz komandanı bünövrədən qurmağa başlamışıq. Komandamız gələcəkdə daha da yaxşı olacaq”.
Tərlan Əhmədov, AZAL klubunun baş məşqçisi: “İlk hissənin 20-ci dəqiqəsinə kimi qol imkanlarımız oldu. Amma bundan sonra komanda zəif təsir bağışladı. AZAL-ın sükanı arxasında ilk oyunumdur. Qarşımızda duran məqsəd yerli gənc futbolçuları komandaya cəlb etmək və komandanın oyununu yaxşılaşdırmaqdır”.
