Bu gün Topaz Premyer Liqasında “Bakı” “İnter”i qəbul edib.
Korner.az “İnter”ə 4-0 hesabı ilə məğlub olan “Bakı” klubunun baş məşqçisi Milinko Pantiçin açıqlamasını sizə təqdim edir:
“İnter”i təbrik edirəm. Biabrçı hesabla məğlub olduq. Bütün bunların günahkarı mənəm. Komandada bəzi qeyri futbol amilləri var və onlar toplandı, toplandı və bu gün partladı. Mən bunların qarşısını ala bilmədim. Nə rəhbərlik, nə də futbolçular günahkar deyil. Günahkar mənəm. Bəzi şeylərin qarşısını ala bilmədim. Santosun hakimə qarşı elədiyi çox böyük səhv idi. Lakin bu yığılan amillər idi ki partladı”.
