"Rəvan"nın baş məşqçisi Vladislov Qədirov Topaz Premyer Liqanın 3-cü turunda "Bakı"ya böyükhesabla (0:5) məğlub olduqları oyundan sonra keçiriən mətbuat konfransında oyun barəsində öz fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, o, ilk dəqiqələrdə qol buraxmalarının oyuna təsir etdiyini deyib:
“Rəqibi təbrik edirəm. Ağır məğlubiyyət aldıq. İlk dəqiqələrdə qol buraxmağımız pis oldu. Aparıcı oyunçumuz Miloş Adamoviç cəzalı olduğundan bugünkü oyunda iştirak edə bilmədi".
