“Çətin oyun oldu. “Rəvan” hər bir komanda üçün arzuolunmaz rəqibdir. Yeni baş məşqçi ilə komanda çox dəyişib. AFFA İcraiyyə Komitəsinin qərarından sonra “Rəvan” daha rahat oynayır. Bu gün bizə qarşı var gücü ilə oynadılar. Buna baxmayaraq, yaxşı oynadıq. Qarşıda cavab oyunu var, rəqibə hörmətlə yanaşırıq. İkinci qolu vursaydıq daha yaxşı olardı”.
Korner.az-ın məlumatına görə, bu fikirləri “Rəvan”la kubok oyunundan sonra “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.
Qeyd edək ki, oyun 1:0 hesabı elə “Bakı”nın xeyrinə başa çatıb.
