Topaz Premyer Liqasının 32-ci turunda “Sumqayıt” doğma meydanda “Bakı” ilə 1:1 hesablı heç-heçə edib.
Korner.az baş məşqçilərin oyun haqda fikirlərini sizə təqdim edir:
“Bakı”nın baş məşqçisi Milinko Pantiç: “Bu gün yaxşı oynadıq. Amma il boyu özünü biruzə verən çatışmazlıqlarımız var. Futbolda möcüzələr olmur. Yaxud bir dəfə olur. YaratPantiçdığımız qol epizodlarından istifadə edə bilmədik. Elvin Məmmədovun oyununu xüsusilə qeyd etmək istəyirəm. Futbolda çox qol vuran yekunda qalib olur. Fikrimcə, bu gün iki xal itirdik. Növbəti mövsümdə bu çatışmazlıqların olmayacağına inanıram. Qarşıma Avroliqaya vəsiqə qazanmaq məqsədi qoyulmayıb, bunu hamı bilir. Məndən komanda yaratmaq istənib. Mənə hələ 3 il də dözməli olacaqsınız”.
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov: “Nəticədən və oyundan razıyam. Bu gün ilk qolu vursaq da, sonradan rəqib hesabı bərabərləşdirdi. İtkilərimiz var idi. Aleksandr Çertaqanov və Uğur Pamukun olmamağı öz sözünü dedi. Sonda azarkeşlərə minnətdaram ki, bizi sona qədər dəstəklədilər”.
