“İlk hissədə komandam, demək olar ki, meydanda yox idi, çox pis oynadıq. Premyer Liqa komandasına yaraşmayan səhvlər buraxdıq”.
Korner.az-ın məlumatına görə, bu sözləri AZAL – “Bakı” oyunundan sonra qonaqların baş məşqçisi Milinko Pantiç deyib.
Pantiç bildirib ki, komandası ikinci hissədə daha yaxşı oynasa da, nəticəni dəyişə bilməmələrinə səbəb ilk hissədəki oyunları olub: “Hesabı bərabərləşdirmək, hətta qələbə qolunu vurmaq üçün şanslarımız oldu. Lakin ilk hissədəki oyunumuz öz sözünü dedi. AZAL-ı qələbə münasibətilə təbrik edirəm”.
