"Futbol bu gün bizə qarşı ədalətsiz idi".
Korner.az-ın məlumatına görə, bu sözləri "Qəbələ" ilə qarşılaşmadan sonra "Bakı" klubunun baş məşqçisi Miliko Pantiç deyib.
Pantiç İcraiyyə Komitəsindən də şikayətlənib: "Çətin oyun idi. Rəqib super komplektləşmiş heyətə sahibdir. Bizdə onlardakı kimi zəngin heyət yoxdu. Raufun zədələnməsi də işimizi korladı. "Rəvan" Zaqatalaya 10 futbolçusunu aparmayıbsa, o deməkdir ki, bizimlə oyun üçün qoruyurlar. Bu da İcraiyyə Komitəsinin çempionatı heç bir klubun tərk etməyəcəyi qərarında qaynaqlanır. Bu qərar bizə hələ çox yoldaşlıq oyunları "bəxş edəcək".
