Sabah “Bakı” Azərbaycan Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində evdə “Qarabağ”la qarşılaşacaq.
Korner.az-ın məlumatına görə, oyunöncəsi son məşqini keçirən komandanın baş məşqçisi Milinko Pantiç görüş haqda fikirlərini açıqlayıb:
“Sabahkı maraqlı oyuna hazırıq. Komandada əhval-ruhiyyə normal səviyyədədi. Amma çempionatın liderinə qarşı görüş asan olmayacaq. Cari mövsüm “Qarabağ”a iki oyunda məğlub olub, birində qalib gəlmişik. Bu dəfə də “Qarabağ” məğlubiyyətlə üzləşə bilər. Aparıcı oyunçularım sabah meydanda olmayacaq. Lakin bu, “Bakı”nın istəyini dəyişmir. Hər şey bizim öz əlimizdədi. Real duruma baxıb düşünmək lazımdı. Qarşıdakı oyunlara baxaq görək vəziyyət necə olacaq?! İndiki halda komandam avrokuboklarda çıxış etməyə hazır deyil”.
