Ardıcıl ikinci mövsüm Premyer Liqasının qalibi olmuş "Neftçi"nin ünvanına növbəti təbrik məktubu Yunanıstanın "Panionios" klubundan gəlib.
Korner.az-ın məlumatına görə, klubun prezidenti Vasilios Tsavalosun imzası ilə "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqova göndərilən məktubda deyilir:
"Hörmətli cənab Sadıqov, "Neftçi" PFK-nın, Azərbaycan Premyer Liqasının 2011-2012-ci il mövsümünün qalibi olması münasibətilə səmimi qəlbdən təbrik edirik".
Xatırladaq ki, "Neftçi"nin yetirməsi, müqavilə ilə "Everton"a məxsus olan Araz Abdullayev ötən mövsümün ikinci yarısını icarə əsasında məhz bu komandada keçirib.
