İngiltərənin “Tottenhem” klubu ilk transferini etməyə hazırlaşır
Korner.az-ın məlumatına görə, London təmsilçisi “Napoli”nin təcrübəli futbolçusu Qoran Pandevi transfer etməyi planlaşdırır. Son vaxtar Neapol təmsilçisinin əsas heyətində az forma əldə edən makedonyalı futbolçu transferə razı olacağı bildirilib.
Qeyd edək ki, Defonu “Toronto”ya göndərən və Roberto Soldadonun hələ də komandaya uyğunlaşmaması “Tottenhem”in hücum xəttində ciddi problemlər yaşadır.
