Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qəbələ”nin qonağı olacaq Yunanıstanın “Panatinaikos” klubu ciddi itki ilə üzləşib.
Əməliyyat olunan vitse-kapitan Georges Kutrumbis növbəti oyunu buraxmalı olacaq. Düzdür, o, artıq komandaya geri dönüb.
Lakin hazırki vəziyyətdə meydana çıxması real görünmür.
