Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Qəbələ”nin qonağı olacaq “Panatinaikos”un Bakıya gələcəyi tarix müəyyənləşib.
Korner.az-ın məlumatına görə, Afina təmsilçisi paytaxtımıza oyundan bir gün öncə, avqustun 19-da gələcək.
Səhər saatlarında Bakıya yola düşəcək “Panatinaikos”un axşam matçın keçiriləcəyi 8-ci km qəsəbə stadionunda oyunöncəsi son məşqə çıxacağı gözlənilir.
Qeyd edək ki, avqustun 20-də keçiriləcək “Qəbələ” – “Panatinaikos” matçı saat 21:00-da başlayacaq.
