Palinya “Bavariya”dan ayrılır?
23.04.2025 , 13:55

Joao Palinya mövsümün sonunda “Bavariya”dan ayrıla bilər.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Münhen təmsilçisi yarımmüdafiəçinin çıxışından narazıdır.
Bu səbəbdən Almaniya klubu portuqaliyalı futbolçunu göndərmək istəyir.
29 yaşlı oyunçu bu mövsüm Bundesliqada 15 oyun keçirib və qol vurmayıb.
